DataLife Engine / 15 yaşlı məktəbli qız atasını vəhşicəsinə qətlə yetirdi- DƏHŞƏT

15 yaşlı məktəbli qız atasını vəhşicəsinə qətlə yetirdi- DƏHŞƏT

15 yaşlı məktəbli qız atasını vəhşicəsinə qətlə yetirdi- DƏHŞƏT



Omskda 55 yaşlı atanın vəhçicəsinə qətlə yetirilməsi faktı üzrə cinayət işi açılıb.

Beş.az News24.az-a istinadla xəbər verir ki, istintaq zamanı atanın 15 yaşlı qızı tərəfindən qətlə yetirildiyi məlum olub.

Bədəninin bir neçə yerindən xəsarət alan atanın cəsədinı təcili yardım briqadasının həkimləri tapıb.

Araşdırma zamanı məlum olub ki, həyat yoldaşının ölümündən sonra ata qızını tək tərbiyə edib.

Məktəbli qızın müstəntiqə verdiyi izahata görə, ata-bala bir-birinə düşmənmiş kimi davranıblar. Ata daim sərxoş halda onu təhqir edib söyürmüş. İnsident baş verən günü də onlar arasında mübahisə yaranıb. Ata qızına çirkli qabları yumağı tapşırıb. Qız isə bundan imtina edib.
İlkin araşdırmalara görı, məktəbli qız atasına çəkic, bıçaq və başqa kəsici alətlərlə zərbə endirib. Atası həyat əlamətlərini göstərməyi dayandırdıqdan sonra, məktəbli qız ona "təcili yardım" çağıraraq evdən qaçıb.
Faktla bağlı araşdırma aparılır.
15-05-2019, 17:40
Вернуться назад