DataLife Engine / Bakıda "bomj"ların qadınla yatmaq uğrunda qanlı mübarizəsi - TƏFƏRRÜAT

Bakıda "bomj"ların qadınla yatmaq uğrunda qanlı mübarizəsi - TƏFƏRRÜAT

Bakıda "bomj"ların qadınla yatmaq uğrunda qanlı mübarizəsi - TƏFƏRRÜAT



Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Azad Dandışın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Beş.az "ölkə.az"a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, A. Dadış 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il sentyabrın 30-da Sabunçu rayonunda baş verib.

Ramana qəsəsində 1984-cü il təvəllüdlü İsakov Valeri Anatolyeviçin meyiti yaşadığı mənzildə tapılıb.

Məhkəmə-tibbi ekspertizası İsakovun baş nahiyəsində hematoma aşkarlayıb. Eyni zamanda, onun burnunda da zədə aşkarlanıb.

O da məlum olub ki, İsakov alkoqol aludəçisi imiş, meşşan həyat tərzi keçirib və vərəm xəstəsi olub.
Qətldə şübhəli bilinən Ramana qəsəbəsinin sakini Azad Dandış saxlanılıb.

Azad Dandışa qarşı Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.
Azad Dandış ilkin ifadəsində etiraf edib ki, İsakovun başına dəfələrlə küt alətlə vurub və nəticədə o, ölüb.
Bununla yanaşı, o da məlum olub ki, adamların hər ikisi heç yerdə işləməyib, həddindən artıq ucuz spirt qəbul ediblər, səfil həyat keçiriblər.

Qətl baş verməmişdən qabaq kişilər adətləri üzrə ucuz araq alaraq içmək qərarına gəliblər. Bu dəfə onlar üç nəfər olublar. Onlara səfil həyatı yaşayan içki düşkünü bir qadın da qoşulub. Bundan sonra yoldaşlar həmin xanımla birinci kimin yatacağı üstündə mübahisə ediblər.

Mübahisə uzanaraq davaya çevrilib və qətl hadisəsi baş verib.
15-05-2019, 20:49
Вернуться назад