Ziya Məmmədovun DİN-də çalışan qardaşı oğlu təqaüdə göndərildi
Azərbaycan daxili işlər orqanlarının daha bir əməkdaşı xidmətdə olmanın son yaş həddi ilə əlaqədar işdən çıxarılıb.
XəbərTv.info-nun report-a istinadən məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Səfərbərlik və Mülki Müdafiə İdarəsinin rəisi, polis polkovniki Fuad Məmmədli vəzifəsindən azad edilib. Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, F.Məmmədli xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq, təqaüdə göndərilib. DİN-in Mətbuat Xidməti faktı təsdiqləyib. F.Məmmədlinin yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, F.Məmmədli sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlududur.
28-11-2019, 17:00
Вернуться назад