Armavirdə erməni faşisti Njdenin xatirə lövhəsi söküldü
Rusiyanın Krasnodar vilayətinin Armavir şəhərində faşist Qaregin Njdeyə erməni kilsəsinin həyətində qoyulmuş xatirə lövhəsi sökülüb.
tv713.az bildirir ki, bu haqda millətlərarası münaqişələr üzrə mütəxəssis Yevgeni Mixaylov Rusiyanın “Cənub xəbərlər agentliyi” saytına açıqlamasında deyib.
“Armavirdə Njdenin xatirə lövhəsi ilə bağlı situasiya özünün məntiqi sonluğuna çatdı. Bu, Böyük Vətən müharibəsini unutmayan və onunla fəxr edən Rusiya və Azərbaycan hakimiyyətlərinin ümumi qələbəsidir”,-Mixaylov deyib.O, Armavirdəki erməni kilsəsinin keşişinin şəhər bələdiyyə sədrinin (mer) müavini Sergey Frolova göndərdiyi məktubun surətini də təqdim edib. Məktubda deyilir ki, şəhər merinin müavininin Njdeyə qoyulmuş xatirə lövhəsinin sökülməsinə dair məktubuna əməl edilib, noyabrın 27-də xatirə lövhəsi sökülüb.
Mixaylov bildirib ki, SSRİ uğrunda döyüşən ermənilərə qarşı da mübarizə aparan adamın xatirə lövhəsinə Rusiyada yer ola bilməz.Xatırladaq ki, Ermənistanda faşist Njdenin qəhrəman obrazının yaradılması barədə məsələni prezident İlham Əliyev MDB-nin Aşqabadda keçirilən sammiti zamanı qaldırıb. Azərbaycan dövlət başçısı deyib ki, Yerevanda faşist cəlladı və satqın Njdeyə abidə ucaldılması faşizimin təbliğidir. Bu çıxış geniş rezonans doğurub, Rusiya ictimaiyyətini hərəkətə gətirib və Njdeyə Armavirdə qoyulmuş xatirə lövhəsi də gündəmə gəlib. Bu yaxınlarda Armavir şəhər dumasının deputatı Mixail Vinoqradov Njdenin xatirə lövhəsini qara rənglə boyamışdı. Yerli sakinlər də lövhənin götürülməsini tələb edirdilər.XeberTv.İnfo
1-12-2019, 13:56
Вернуться назад