Zaqatalada 4 bal gücündə zəlzələ olub.
Bu gün yerli vaxtla saat 14:06 radələrində Zaqatala stansiyasından 8 km qərbdə Zaqatala ərazisində 3,9 maqnitudalı zəlzələ qeydə alınıb.
tv713.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 4 bal, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.
1-12-2019, 22:17
Вернуться назад