Məktəbdən qızını götürməyə gedən qadın itkin düşdü
Övladını məktəbdən götürməyə gedən qadın geri qayıtmayıb.
Hadisə Qax rayonunda baş verib. Belə ki, rayonun Üzeyir Hacıbəyov küçəsində yaşayan 1989-cu il təvəllüdlü Bahar Fidayıl qızı Cəmilova ikinci sinifdə oxuyan övladını məktəbdən götürmək ücün evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə itkin düşən Bahar Cəmilovanın həyat yoldaşı Şəmil Cəmilov məlumat verib.
Anasının gəlmədiyini görən övladı isə məktəbdən özü evə gəlib. Bahar Cəmilova evdən çıxarkən əynində yaşıl rəngli boynu tüklü gödəkcə, ayağında isə idman ayaqqabısı olub. Şəxsiyyət vəsiqəsini evdə qoyan Bahar Cəmilova özünə məxsus qızılları da aparıb. B.Cəmilovanın itkin düşməsi ilə bağlı Qax Rayon Polis Şöbəsinə də müraciət olunub.
tv713.az
3-12-2019, 05:42
Вернуться назад