DataLife Engine / Azərbaycanda taksidən istifadə edən sərnişinlərin sayı artıb

Azərbaycanda taksidən istifadə edən sərnişinlərin sayı artıb

Azərbaycanda taksidən istifadə edən sərnişinlərin sayı artıb

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanda nəqliyyatçılar 1 milyard 671,8 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz çox sərnişinə xidmət göstəriblər.

Sərnişinlərin 88,2 faizi avtomobil nəqliyyatı, 11,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1 milyard 474,3 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artım qeydə alınıb.

Sərnişinlərin 95,9 faizi avtobus, 4,1 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 2,4 faiz artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 1,5 faiz artaraq 192,3 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 2 milyon 300,9 min və ya 11,1 faiz çox sərnişin daşınıb. Dəmir yolu nəqliyyatı ilə 2019-cu ilin yanvar-oktyabr ayları ərzində 3,0 milyon sərnişin daşınıb, 2018-ci ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 32,2 faiz artım müşahidə olunub.

Dövr ərzində dəniz nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 30,9 faiz artaraq 17,8 min nəfər olub.

tv713.az
5-12-2019, 09:39
Вернуться назад