DataLife Engine / Millət vəkili Yevda Abramov dünyasını dəyişdi

Millət vəkili Yevda Abramov dünyasını dəyişdi

Millət vəkili Yevda Abramov dünyasını dəyişdi

Milli Məclisin deputatı Yevda Abramov vəfat edib.

Bu barədə mərhumun yaxınları məlumat veriblər.

Qeyd edək ki, bir müddət əvvəl millət vəkili Mərkəzi Klinik Xəstəxanada müalicə almışdı.

Mərhum deputatla vida mərasimi dekabrın 8-də saat 12-dən 13-dək Quba Mədəniyyət Evində olacaq.

Xatırladaq ki, Yevda Abramov 53-cü Quba-Qusar seçki dairəsindən deputat seçilmişdi. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədr müavini, Azərbaycan-Argentina, Azərbaycan-Kuba və Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü və Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri idi.

Allah rəhmət eləsin.

tv713.az
6-12-2019, 21:51
Вернуться назад