DataLife Engine / Türkiyədə çaxnaşma yaşandı: Ardıcıl zəlzələlər...

Türkiyədə çaxnaşma yaşandı: Ardıcıl zəlzələlər...

Türkiyədə çaxnaşma yaşandı: Ardıcıl zəlzələlər...

Türkiyənin Ağrı və Bingöl vilayətində ard-arda zəlzələ baş verib.

Axşam saatlarında Ağrının Tutak mahalında 3.5 bal gücündə zəlzələ qeydə qalınıb. Qısa müddət çaxnaşmaya səbəb olan zəlzələ yerin 9 kilometr dərinliyində olub və qonşu bölgələrdə də hiss edilib. Bundan bir müddət sonra sözügedən bölgədə 3.1 bal gücündə yenidən zəlzələ baş verib.

Daha sonra Bingöldə də zəlzələ qeydə alınıb. Burada isə zəlzələnin gücünün 3.1 bal gücündə olduğu bildirilib.

Təbii fəlakət nəticəsində xəsarət alanın olub-olmadığı barədə məlumat verilməyib.

tv713.az
6-12-2019, 22:42
Вернуться назад