DataLife Engine / Amerikalı ekspert: Azərbaycandakı bu aksiya digər ölkələr üçün nümunə olmalıdır

Amerikalı ekspert: Azərbaycandakı bu aksiya digər ölkələr üçün nümunə olmalıdır

Amerikalı ekspert: Azərbaycandakı bu aksiya digər ölkələr üçün nümunə olmalıdır

Azərbaycandakı ağacəkmə aksiyası digər ölkələr üçün nümunə olmalıdır.

Bunu amerikalı ekspert Piter Teys İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü şərh edərkən deyib.

O bildirib ki, bu təşəbbüs Azərbaycan hökumətinin strateji baxışını reallaşdıran alicənab addımdır: “Bu təşəbbüs BMT-nin ətraf mühit sahəsindəki hədəflərinin və Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasına Azərbaycan hökumətinin verdiyi unikal töhfədir. Azərbaycan meşə bərpası kampaniyası üzrə adambaşı verilən töhfəyə və ətraf mühitin mühafizəsi siyasətinə görə Avropa və Asiya ölkələri arasında mühüm yer tutur”.

P.Teys qeyd edib ki, Avropa İttifaqının ən inkişaf etmiş ölkələrində belə bu cür irimiqyaslı təşəbbüslər həyata keçirilmir: “Azərbaycan ətraf mühitin və meşə ehtiyatlarının mühafizəsinə çoxlu töhfə verən ölkədir və digər inkişaf etmiş ölkələr də bu nümunəyə əməl etməlidirlər”.

tv713.az
7-12-2019, 07:45
Вернуться назад