DataLife Engine / AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı və gündəliyi açıqlanıb

AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı və gündəliyi açıqlanıb

AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı və gündəliyi açıqlanıb

AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı və gündəliyi açıqlanıb.

Qurumun inzibati binasında baş tutacaq tədbir saat 10:00-da başlayacaq.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

1. Gəncə şəhər stadionunun ərazisində yeni, standart ölçülü (105x68 m.) süni örtüklü məşq meydanının inşasının başa çatması ilə bağlı məlumat

2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri ilə əlaqədar müzakirə

3. Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin AVRO-2020-nin seçmə mərhələsi ilə bağlı hesabatı

4. Premyer Liqa klublarına uşaq futbolu üçün UEFA-dan ayrılmış maliyyə vəsaiti ilə bağlı hesabat

5. "Klubların lisenziyalaşdırması üzrə vəsait"in növbəti buraxılışı üçün əlavə və dəyişikliklərin müzakirəsi

6. AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarına hazırlıq prosesi ilə bağlı qısa məlumat

7. AFFA-nın Fair Play mükafatının təsis olunması və Əsasnaməsinin hazırlanması

8. "Azərbaycan Futbolunun Etik Kodeks"inin hazırlanmasının müzakirəsi

9. AFFA-nın Futbol Veteranları Fondunun Əsanaməsinə uyğun olaraq müvafiq şəxslərə təqaüdün ayrılmasının müzakirəsi

10. "Elit Məşq" kitabı ilə bağlı məlumat

11. AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərin hazırlanması

12. "Qəbələ" Futbol Klubu ilə bağlı müzakirə

13. AFFA-nın növbəti Konfransının tarixinin müəyyənləşdirilməsi

tv713.az
7-12-2019, 07:58
Вернуться назад