Bakının mərkəzi dəyişəcək - TƏFƏRRÜAT
"Yaradıcı sənayelərin inkişaf etdirilməsi üçün şəhərlərin planlaşdırılmasında yeni yanaşma tələb olunur".
tv713.az rend-ə istinadən məlumat verir ki, bunu "Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar" Nazirlər panelində çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Anar Quliyev bildirib.
Onun sözlərinə görə, dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır: "21-ci əsrin ortalarında şəhərlərdə yaşayanların faizi 60, hətta 80-ə çata bilər. Bu isə şəhərlər qarşısında yeni çağırışlar qoyur. Əsas çağırış isə şəhərlərin infrastrukturunun müasir tələblərə uyğunlaşdırılmasıdır".
A.Quliyev deyib ki, Bakı şəhərinin bundan sonrakı inkişafını planlı şəkildə aparmaq lazımdır. Buna görə də Bakının baş planı üzərində işə başlanılıb.
Komitə rəsmisi qeyd edib ki, davamlı inkişafın təmin edilməsi üçün Bakının ərazilərindən səmərəli istifadə olunmalıdır. Bakının Baş planının planlaşdırılmasında çoxmərkəzli yanaşma tətbiq edilməlidir: "Bu gün Bakının tək mərkəzi var. Bu da yaranan çətinliklərdən biridir. Digər prioritet istiqamət milli mədəni irsin qorunması və gələcək inkişafın bu memarlıq irsinin nəzərə alınaraq təmin edilməsidir. Digər prioritet istiqamət şəhər iqtisadiyyatının postsənaye dövrünə mərhələli keçidini təmin etməkdir".
11-12-2019, 08:02
Вернуться назад