DYP-dən həyəcan təbili: Bakıda yol qəzaları zamanı 167 nəfər ölüb
"Bu ilin 11 ayı ərzində Bakı şəhərində qeydə alınan yol-nəqliyyat hadisələrinin təhlili zamanı piyadaların avtomobillərlə vurulması hallarının çoxluğu Daxili İşlər Nazirliyinin (DİN) və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) rəhbərliyini ciddi narahat edir".
Bunu “Report”a BŞDYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Şöbə rəisi bildirib ki, cari ilin 11 ayı ərzində Bakı şəhəri ərazisində 488 yol yol-nəqliyyat hadisəsi baş verib: "Baş verən yol-nəqliyyat hadisələri zamanı 167 nəfər ölüb, 438 nəfər isə xəsarət alıb. Baş verən yol-nəqliyyat hadisələrini təhlil edərkən məlum olur ki, piyadaların vurulması ilə nəticələnən 294 yol qəzası baş verib ki, bu hadisələr zamanı 107 nəfər ölüb, 187 nəfər isə xəsarət alıb".
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən aparılan təbliğat işləri, yol hərəkəti iştirakçılarının marifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə baxmayaraq piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələrin sayı ümumi yol qəzalarının 64 %-ni təşkil edir. Buna görə, BŞDYPİ-nin rəhbərliyi bir daha yol hərəkəti iştirakçılarına - sürücü və piyadalara müraciət edib.
Müraciətdə bildirilib: "Piyadaların ölümü və ya xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisələri əsasən günün qaranlıq vaxtları və işıqlandırılmayan ərazilərdə baş verib. Bundan başqa, yolun hərəkət hissəsində, yerüstü və yeraltı keçidlərinin yaxınlığında da piyada vurulması halları qeydə alınıb. Yol-nəqliyyat hadisəsi zamanı sənədləşləşmə aparılır və günahkar qanun qarşısında cavab verir. Lakin piyadalar yol hərəkəti iştirakçıları olduğundan Yol Hərəkəti haqqında Qanunun 40-cı maddəsinin tələblərinə əməl etməlidirlər. Baş verən yol-nəqliyyat hadisələri zamanı piyadalar da öz məsuliyyətini başa düşməli və tələblərə uyğun hərəkət etməlidirlər: "Buna görə də yol hərəkəti iştirakçıları olan piyadalara tövsiyə edirik ki, yol hərəkəti qaydalarını pozmasınlar, xüsusilə də günün qaranlıq və işqlandırılmayan ərazilərində hərəkət edərkən piyadalar üçün nəzərdə tutulan səkilərdn, yeraltı və yerüstü piyada keçidlərindən istifadə etsinlər, yolda hərəkət zamanı qulaqcıqlardan istifadə etməməyə çalışsınlar, geyimlərinin üzərində işıqqaytarıcı elementlərin olmasına diqqət etsinlər".
V.Əsədov əlavə edib ki, BŞDYPİ-nin rəhbərliyin göstəriş və tapşırıqları əsasında hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təbliğat və maarifləndirmə işinin gücləndirlməsi üçün əlavə tədbirlər görülülür: "Həmçinin, piyadalar arasında nizam-intizamı yüksəltməyə çalışacağıq. Piyadalarla bağlı təsirli tədbirlərin görülməsinə başlamışıq, yeraltı və yerüstü piyada keçidlərinə ciddi şəkildə nəzarət ediləcək".
Şöbə rəisinin sözlərinə görə, əksər hallarda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri zamanı təkcə sürücülərin yox, piyadaların da müəyyən təqsiri var: "Məhz buna görə də, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, hərəkət iştirakçıları, xüsusilə də piyadalar arasında intizamın möhkəmləndirilməsi məqsədi ilə hərəkətin təhlükəsizliyi, piyadaların vurulması ilə nəticələn yol nəqliyyat hadisələrinin səbəbləri araşdırılaraq konkret profilaktiki tədbirlərin görülməsi, piyadaların yol hərəkəti qaydalarının pozmasının qarşısını almaq məqsədi ilə müntəzəm reydlərin keçirilməsi və bu istiqamətdə KİV-də təbliğatı daha da gücləndirmək, həmçinin təhsil müəssisələrində və əmək kollektivlərində maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulub. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını, xüsusilə də piyadaları həftəlik ərzində nümunəvi davranışla çıxış etməyə çağırır"
tv713.az
11-12-2019, 12:38
Вернуться назад