DataLife Engine / Əli Həsənov kafedra müdiridir

Əli Həsənov kafedra müdiridir

Əli Həsənov kafedra müdiridir

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənov Prezident yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri işləyir. Bu haqda Əli Həsənov özü yerli KİV-lərə bildirib.

Bundan əvvəl KİV-lər yazırdı ki, vəzifədən azad ediləndən sonra Əli Həsənov vaxtının çoxunu Beynəlxalq Mətbuat Mərkəzində keçirir. Həmin mərkəzdə bir sıra KİV-lərin redaksiyası da yerləşir.

Həmin iddialarla bağlı demokrat.az saytı Əli Həsənova zəng vurub. Prezidentin keçmiş köməkçisi Prezident yanında Dövlət İdarəçilik Akademiyasındakı yeni kabinetindən fotonu sayta göndərib, hazırda orada işlədiyini deyib.

“Mənim yeni iş yerim Dövlət İdarəçilik Akademiyasıdır. Beynəlxalq Mətbuat Mərkəzində mənim redaktoru olduğum “Geostrategiya” jurnalının redaksiyası yerləşir”,-o deyib.

Bu məqamda diqqəti belə fakt cəlb edir ki, Əli Həsənovun yeni kabinetində prezident İlham Əliyevin fotosu yoxdur.

tv713.az
19-12-2019, 05:56
Вернуться назад