DataLife Engine / Bu il rezidenturanı bitirən həkimlərin 50 faizi təyinatla bölgələrə göndərilib

Bu il rezidenturanı bitirən həkimlərin 50 faizi təyinatla bölgələrə göndərilib

Bu il rezidenturanı bitirən həkimlərin 50 faizi təyinatla bölgələrə göndərilib

Regionlardakı həkim çatışmazlığı probleminin həlli üçün bu il rezidenturanı bitirən həkimlərin 50 faizi təyinatla bölgələrə göndərilib.

Trend-in məlumatına görə, bunu Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib.

Hər il noyabr-dekabr aylarında rezidentlərin bölgələrə təyinatının aparıldığını nəzərə çatdıran nazir müavini qeyd edib ki, keçən il rezidentlərin 60 faizi regionlara göndərilib: "Həkimlərin regionlarda işləməsi üçün əlimizdən gələni edirik. Bir müddət əvvəl stimullaşdırıcı tədbirlər gördük. Maaşdan əlavə onlara həvəsləndirici məbləğ verilirdi və evlə təmin olunurdular. Belə bir proqramın yenidən həyata keçirilməsini gözləyirik. Hələ ki, bu tədbirlər təsdiqlənməyib".

tv713.az
19-12-2019, 13:02
Вернуться назад