Putin 6 generalı işdən çıxardı
Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə Daxili İşlər Nazirliyinin (DİN) , İstintaq Komitəsinin (İK), Federal Penitensiar Xidmətin (FPX) və Fövqəladə Hallar Nazirliyinin (FHN) altı generalı və iki polkovniki vəzifələrindən azad edilib.
tv713.az yerli KİV-ə istinadən bildirir ki, bununla bağlı məlumat dekabrın 25-də Rusiyanın rəsmi hüquqi informasiya internet-portalında dərc edilib.
Sərəncama uyğun olaraq, işdən kənarlaşdırılan generallar bunlardır: DİN-in Moskva Metropolitenində Baş İdarəsinin rəisi general Nikolay Savçenko, DİN-in Krasnodar diyarı üzrə Baş İdarəsinin rəis müavini, daxili xidmət general-mayoru Vyaçeslav Bolqov, DİN-in Voronej vilayəti üzrə Baş İdarəsinin rəis müavini, ədliyyə general-mayoru Vyaçeslav Vorontsov, DİN-in Kriminalistika Baş İdarəsinin rəis müavini, general-mayor Sergey Ryabov, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sankt-Peterburq Universiteti üzrə rəhbəri, daxili xidmət general-leytenantı Eduard Çijikov və Omsk vilayətinin prokuroru Anastas Spiridonov.
Rusiya Prezidentinin digər sərəncamı ilə bu generallar yeni vəzifələrə təyinat alıblar:
- Daxili xidmət general-mayoru Vladimir Denejkin Yanğından Mühafizə Baş İdarəsinin rəis müavini - Fövqəladə Hallar Nazirliyinin Xüsusi İdarəsinin rəisi;
- Polis general-mayoru Leonid Kolomiyets, Daxili İşlər Nazirliyinin Tümen vilayəti üzrə İdarəsinin rəisi;
- Polis general-mayoru Aleksandr Pryadko, Daxili İşlər Nazirliyinin Arxangelsk vilayəti üzrə İdarəsinin rəisi.
26-12-2019, 08:10
Вернуться назад