DataLife Engine / Eldar Nuriyev ədliyyə nazirinin müavini təyin edildi

Eldar Nuriyev ədliyyə nazirinin müavini təyin edildi

Eldar Nuriyev ədliyyə nazirinin müavini təyin edildi

Bu gün prezident İlham Əliyev ədliyyə nazirinin yeni müavininin təyin edilməsinə dair sərəncam verib. Sərəncama əsasən Eldar Qasım oğlu Nuriyev Ədliyyə nazirinin müavini vəzifəsinə təyin olunub.

E.Nuriyev bu ilin noyabrında Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilmişdi. Ədliyyə nazirinin müavini vəzifəsi isə general-polkovnik Məhərrəm Əliyevin Administrasiyada islahatlar çərçivəsində Prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin edilməsindən sonra boş qalırdı.

Eldar Nuriyev 1955-ci ildə Lənkəranda anadan olub, uzun müddət prokurorluq orqanlarında işləyib. Baş prokurorun müavini olub. Daha sonra Prezident Administrasiyasında şöbə müdiri təyin edilmişdi və uzun müddətdir həmin vəzifədə işləyirdi.

tv713.az
26-12-2019, 21:14
Вернуться назад