DataLife Engine / Məktəblilərin tətil günləri nə vaxtdır? - Təhsil Nazirliyi açıqladı

Məktəblilərin tətil günləri nə vaxtdır? - Təhsil Nazirliyi açıqladı

Məktəblilərin tətil günləri nə vaxtdır? - Təhsil Nazirliyi açıqladı



















Təhsil Nazirliyi Yeni il bayramında məktəblərdə tətil günləri ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, altıgünlük tədris həftəsi ilə işləyən təhsil müəssisələrində 4-6 yanvar 2020-ci il tarixlərində tədris aparılacağına dair xəbərlər əsassızdır.

Təhsil Nazirliyi bildirir ki, Nazirlər Kabinetinin 2 dekabr 2019-cu il tarixli, 461 saylı qərarına əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib. Bu qərara müvafiq olaraq, bütün təhsil müəssisələrində tədris yanvarın 7-də başlanılır.

tv713.az
27-12-2019, 09:58
Вернуться назад