"Türkiyə böyük oynayır, onun kiçik divident dalınca getmək vərdişləri artıq yoxdur..."
Xəbər verildiyi kimi Türkiyə Liviyanın xahişini nəzərə alraq bu ölkəyə hərbi kontingent göndərməyə razılaşıb və yanvarın 8-də Böyük Millət Məclisi bununla bağlı qərar verəndən sonra Türkiyə daha bir ölkədə hərbi əməliyyatalara qoşulmuş olacaq.
Türkiyənin Liviyaya əsgəri qüvvə göndərməsi əslində çox riskli addımdır və sonu görünməyən müharibəyə sürüklənə bilər. Çünki Liviya Suriya və İraqa bənzəməz və ən azı 20 min xüsusi təlim görmüş muzdlu döyüşçü ilə qarşılaşma çox böyük itkilərə səbəb ola bilər. Ona görə də bir haqlı sual yaranır, bu riskə getməyə dəyərmi?
Türkiyənin Ərciyəs Universitetinin professoru, tanınmış ermənişünas alim, siyasi şərhçi Qafar Çaxmaqlı Moderator.az-a açıqlamasında yaranmış durumu şərh edib:
"Bilirsiniz, hər bir ölkənin öz təhlükəsizliyini qoruma qayğıları var və bəzən bunun müəyyən risklərlə müşayət olunması təhlükəsizlik üçün gərəkli tədbirləri görməmək anlamna, ondan vaz keçmə anlamına gəlməz. ABŞ kimi supergüc dövlət qalxıb okeanın o tayından İraqda, Suriyada, Yəməndə, Liviyada öz güvənliyini təmin etmək "tədbirləri" görürsə, buralara ordu göndərirsə, nədən Türkiyə qulağının dibində öz dövləti maraqlarını təmin etmək üçün addımlar atmasın? Türkiyənin burada milli və dövləti maraqları olduğunu hər kəs bilir. Ayrıca həmin ölkənin xalqı da Türkiyənin burada qayda-qanun yaratmasını istəyir və Liviya dövlət rəhbərinin də ifadə etdiyi kimi, Liviyalıların ən güvəndiyi ölkə Türkiyədir. Türkiyə buraya dəvət olunur. Əlbəttə, Liviyaya hərbi kontingent göndərmənin müəyyən riskləri vardır. Təbii ki, TBMM buna onay verməlidir. Amma Türkiyə öz ordusu ilə burada Liviyanın qanuni hakimiyyətinə dəstək verməklə yanaşı Aralıq dənizində yaşanan enerji gəlişmələrinin də içində olmaq istəyir. Bir çox maraqlı dövlətlər Türkiyəni Antalya körfəzinə sıxışdırıb Aralıq dənizindəki enerjidən onu məhrum etmək istəyirlər və bununla bağlı hətta koalisiyalar da var. Nədən Türkiyə bu enerji sərvətlərinə daha yaxın olan Liviyada olmasın? Türkiyə böyük oynayır, onun kiçik divident dalınca getmək vərdişləri artıq yoxdur. Əlbəttə, əsgəri anlamda burada gözlənilməzliklər ola bilər. Amma NATO-nun ikinci ordusu bütün əməliyyatlarda ən az itki ilə çıxan orduya sahib olduğunu da unutmamalıyıq. Həm də Türk ordusunun İŞİD, RKK, RYD və başqa terrorçu ordularla savaş təcrübəsi var. Türkiyənin müzəffər ordusu Liviyada da, Aralıq dənizi açıqlarında da öz ənənəvi sözünü deməlidir".
tv713.az
28-12-2019, 22:19
Вернуться назад