İranın XİN rəhbəri: “ABŞ-ın bölgədəki mövcudluğu tezliklə başa çatacaq”
“ABŞ-ın bölgədəki mövcudluğu tezliklə başa çatacaq”.
Bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
“Region dövlətləri ABŞ-ın təhlükəli sərgüzəştlərindən ciddi narahatdırlar. ABŞ-a qarşı mövcud olan nifrət miqyasına əsaslanasaq, ölkənin bölgədəki mövcudluğuna bir neçə gün qalıb. Əlbəttə, ABŞ-ın bölgədə gələcəyi yoxdur.
Cəhalət və təkəbbür birləşərsə təhlükəli nəticələrə səbəb olar. Son addımların nəticəsi göstərdi ki, ABŞ prezidenti Donald Tramp məhz belə insanlarla əhatə olunub”, - deyə o qeyd edib.
tv713.az
9-01-2020, 06:00
Вернуться назад