Aprelin 21-də Ukraynada keçirilən prezident seçkilərində qalib gəlmiş Vladimir Zelenski istirahət üçün Türkiyəyə yollanıb.
BEŞ.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, Feysbuk hesabında məlumat verib.
Yeni prezident təyyarə yanında çəkdiyi selfini paylaşaraq "Açıq şəkildə danışmağa söz vermişik. Bax, belə! Türkiyəyə uçuruq. Uşaqları ənənəvi "Əyləncə" festivalına aparıram" qeydini yazıb.
O, son 4 ayda ilk dəfə xarici ölkəyə səfər etdiyini, iki gün sonra Ukraynaya qayıdacağını söyləyib.
Xatırladaq ki, V. Zelenski 73,22 faiz səslə Ukrayna prezidenti seçilib.