DataLife Engine / Yüzlərlə leykozlu uşağın dərman problemi - RƏSMİ AÇIQLAMA

Yüzlərlə leykozlu uşağın dərman problemi - RƏSMİ AÇIQLAMA

Yüzlərlə leykozlu uşağın dərman problemi - RƏSMİ AÇIQLAMA

Yerli mediada (medicina.az saytında) yayılan məlumata görə, Azərbaycanda qan xərçəngindən əziyyət çəkən yüzlərlə leykemiyalı uşaq dövlət tərəfindən verilən dərmanları ala bilmir.

Buna səbəb B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda (Qanköçürmə İnstitutu) müalicə alan xəstələrə verilən “Vincristine” tərkibli “Vinkristin” adlı və “Merkaptopturin” tərkibli “Merpurin” dərmanlarının depoda olmamasıdır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Lent.az -a açıqlamasında mövzu ilə bağlı olaraq bildirib ki, məsələdən xəbərdardırlar:
Yüzlərlə leykozlu uşağın dərman problemi - RƏSMİ AÇIQLAMA

“Bildiyiniz kimi, Prezident İlham Əliyev Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında Fərman imzalayıb. Fərmana görə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Talassemiya Mərkəzi publik hüquqi şəxsin və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun birləşmə formasında yenidən təşkili yolu ilə TƏBİB-in tabeliyində publik hüquqi şəxs statuslu Milli Hematologiya və Transfuziologiya Mərkəzi yaradılıb.

Bununla əlaqədar hazırda qurumda təhvil-təslim prosesi gedir. Dərmanlarla bağlı problemin həlli üçün isə maksimum çalışılır. İlin əvvəlidir və lazımlı dərmanlar sifariş edilib. Qısa müddət ərzində müalicə alan xəstələr dərmanlarla təchiz olunacaqlar”.

R.Əliyeva əlavə edib ki, mərkəzdə təchizat bu il yüksək səviyyədə təşkil olunacaq.
16-01-2020, 18:03
Вернуться назад