DataLife Engine / Deputatlığa namizəd İmamveridi İsmayılovla bağlı ŞOK MƏLUMATLAR YAYILDI

Deputatlığa namizəd İmamveridi İsmayılovla bağlı ŞOK MƏLUMATLAR YAYILDI

Deputatlığa namizəd İmamveridi İsmayılovla bağlı ŞOK MƏLUMATLAR YAYILDI


125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən İsmayılov İmamverdi İbiş oğlu yenə deputatlığa namizəd olub. Hər kəsə bəllidir ki, İ.İsmayılovun adı deputat fəaliyyətilə deyil, daha çox qalmaqallarla gündəmdə olub.

İxa.az bildirir ki,bu barədə sosial şəbəkələrdə ilginc məlumatlar yayılb.

Bildirilib ki, İmamveridi İsmayılov sözün əsl mənasında Sumqaydı işğal edib. Onun sumqayta Sumqayıtda restoranları, şadlıq evləri, internet-klubları və dükanlarının olduğu deyilir. Həmçinin Sumqayıtda tikinti mallarının biznesində, Sumqayıt maşın bazarında payının olduğu bildirilir.

Mediada yazılanlara inansaq, deputat bununla kifayətlənməyib, ölkənin müxtəlif bölgələrində özünə iş qurub. Belə ki, onun Şamaxıda fermer təsərrüfatının, İmişlidə çınqıl karxanasının olduğu da yayılan məlumatlar sırasındadır.

İ.İsmayılovla bağlı söylənənlərdən biri də onun ailəsinə məxsus xüsusi avtomobil seriyasının olmasıdır. Məlumata görə. 999 və 888 seriya nömrələri yalnız bu ailəyə məxsusdur.

Bu isə heç şübhəsiz deputatın oğlu – Sumqayıt Şəhər Yol polisində imtahan-qeydiyyat şöbəsinin baş inspektoru, kapitan İlkin İsmayılovun “hünəridir”. Bu, həmin İlkin İsmayılovdur ki, 2016-cı il adı qalmaqallı bir qətl işinə qarışmışdı.

Belə ki, Qubada RETRO otelində qətlə yetirilən Könül Zalovanın idarə etdiyi avtomobil də məhz İsmayılovlara məxsus olduğu deyilən 999 seriyası ilə olub.

Könül Zalovaya məxsus ağ rəngli “İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə-nişanlı avtomobilin nömrəsinin İmamverdi ismayılovun oğluilə əlaqəli olduğu iddia edilib.

Bundan başqa millət vəkilinin üç illik fəaliyyəti prezidentin tapşırıqlarına, siyasi kursuna daban-dabana fərqlidir. İ.İsmayılov qaçqınlarla görüşməli, prezidentin məcburi köçkünlərə göstərdiyi diqqəti göstərməli olduğu halda, oğlunun və özünün pullarını saymaqla məşğul idi..

İddialara görə, İ.İsmayılov qeyri-rəsmi məclislərin birində “quş” buraxıb.Deputat mandatı öz puluna aldığını və kimsədən asılı olmadığını söyləyib. Onun bu çıxışı yuxarıların da qulağına çatıb və məsələ böyüyüb. Deputatın nəzərinə çatdırılıb ki, aldığı mandatı bir gecənin içərisində itirə bilər və toxunulmaz olan biznesinə də əl qoyular. Bununla belə, İsmayılov 2020-ci ildə də deputat olacağına əmindir. O bütün bunlara rəğmən yenədə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən namizəd olub.

Gələn məlumatlara görə, onun bu namizədliyi əhali tərəfindən də yaxşı qarşılanmayıb. bir dəfədə olsun, məcburu köçkün düşmüş sakinlər Qubadlı camaatı ilə görüşməyən, İ.İsmayılovla bağlı kəskin iradlar səsləndiridiyi də bildirirlir.
Teref.az olaraq İXA.az saytının məqalədə toxunduğu problemlərlə bağlı qarşı tərəfin fikirlərini öyrənməyə hazırıq!
Teref.az
17-01-2020, 16:58
Вернуться назад