DataLife Engine / Palma yağının 5 FƏSADI – Şəkərli diabetin baiskarıdır

Palma yağının 5 FƏSADI – Şəkərli diabetin baiskarıdır

Palma yağının 5 FƏSADI – Şəkərli diabetin baiskarıdır


Palma yağının orqanizmə zərərli olmasında əsas günahkar onda olan palmitin turşusudur.
Bu gün palma yağı marketdə satılan məhsullarda və fast-food qida mənbələrində hətta adı dəyişdirilərək istifadə edilərək istifadə olunur.
Təbii palma yağının orqanizmə zərərli olmaması barədə çoxsaylı faktlar ortaya qoyan istehsalçılar ucuz və zərərli palma yağını üçüncü dərəcəli ölkələrə daşıdıqlarını etiraf etmir.
Turkustan.info tibb mütəxəssislərinin palma yağından uzaq durmaq üçün 5 səbəbi təqdim edir.
1. İnsanı piyləndirir, daxili orqanların ətrafını ərinməyən yağ tutur – Palmitin turşusu bitki yox, heyvan yağlarına analojidir. Onda çox böyük miqdarda monodoymuş və doymuş yağ turşuları var. Palmitin turşusu ürək-damar xəstəliklərini oyadır.
2. II tip Diabet xəstəliyi də məhz palminit turşusuna görə 3 dəfə artır
3. Bu yağ qidadan asılılıq yaradır. Yəqin ki, fikir vermisiz, fast-food qidalarını bir yeyən yenə istəyir, ayaqlarınız istər-istəməz ora gedir, nə qədər yesəniz də doymursuz.
Bu ona görə baş verir ki, palminit beyin kimyasını pozur, yağ turşuları onu bombardman edir. Toxluq hormonu blok olur.
4. Bu turşu 50 dərəcə temperaturda əridiyi üçün qaraciyərdə toplanır. Onu piyləndirir, steatoz və sirroza səbəb olur. İçki içənlər üçün bu yağlı qidaları yemək ikiqat təhlükə yaradır
5. Palmitinit turşusu damarlarda pis xolesterini artırır. Onu hətta dərmanlar da azalda bilmir.
Buna görə də yaşadığınız regionda palma yağının hansı qidalara qatıldığını dəqiqləşdirib, daim məlumatlı olmalı və onlardan uzaq durmalısız.

/Medicina.az/
21-01-2020, 15:00
Вернуться назад