DataLife Engine / Ülviyyə Ağayeva seçki qanunu necə pozur? – piarçı direktorlar, müəllimlər…

Ülviyyə Ağayeva seçki qanunu necə pozur? – piarçı direktorlar, müəllimlər…

Ülviyyə Ağayeva seçki qanunu necə pozur? – piarçı direktorlar, müəllimlər…

106 saylı Tovuz – Qazax-Ağstafa seçki dairəsindən deputatlığa namizəd Ülviyyə Ağayeva da seçki qanunu pozanlardan biridir.

Reportyor.info-nun məlumatına görə, Ü.Ağayeva inzibati resurslardan, administrastiv imkanlardan istifadə edərək seçki təbliğatını aparır.

Bənzər Yazılar
“Biz Ermənistan tərəfindən işğala məruz qalmışıq…” – Azərbaycan Prezidenti
Üç kəndin camaatı Arzu Nağıyevə dəstək verdi – Foto
İlham Əliyev Davosda seçkidən danışdı

Xanım namizədin sosial mediada yayılan fotoları ilə bağlı məlumat verilib ki, seçicilərlə görüşlərə məktəb direktorları, onların müavinləri ilə gedir.

Tovuzun təhsil ictimaiyyətini özünün təbliğat kampaniyasına cəlb edən Ü.Ağayeva bununla seçki qanunu pozub.

Məktəb direktorları, müavinlər və müəllimlər təbliğat kampaniyasında hansısa namizədin ruporu, dəstəkçisi rolunu oynaya bilməz.

Lakin heç bir elektoratı, seçici dəstəyi ala bilməyən Ü.Ağayeva təzədən bu dairədən deputat olmaq üçün onların imkanlarından yararlanır. Çünki nə seçki komandası var, nə də seçicilər onunla görüşlərdə iştirak edirlər.

V çağırış üzrə deputat olmuş Ü.Ağayeva 5 il ərzində heç bir fəaliyyəti, seçicilərlə görüşü, onların problemlərinə ürək qızdırması, qanun layihələrinin irəli sürülməsində təşəbbüskarlığı ilə seçilməyib.

Bu mənada Milli Məclis özünü buraxarkən məhz onun kimi passiv, seçicisinə biganə deputatların parlamentdən uzaqlaşdırılması nəzərdə tutulmuşdu.

Amma “sehirli əllər” Ü.Ağayevanın növbədənkənar parlament seçkilərində iştirakını təmin edib və üstəlik, təhsil işçilərinin qüvvəsindən istifadə edərək təbliğat kampaniyası təşkil olunub.

Onun namizəd olduğu dairədə alternativlərə də diqqət edəndə aydınlaşır ki, məqsəd Ü.Ağayeva üçün hamar yol düzəltməkdir. Əks halda, hansısa güclü namizədlə başa-baş mübarizə aparmağa qdir deyil.

Bu dairədə BDU-nun dosenti Vüsalə Dadaşova, ATU-da şöbə müdiri Nurlana Əliyeva, işsiz Sadiq Əsgərov, BDU dosenti Turqay Hüseynov, kredit mütəxəssisi Elvin İsmayılov, “42-ci paralel” jurnalının baş redaktoru Mehriban Məmmədova, 2 saylı uşaq bağçasının müdiri Günay Seyidovadır.

YAP-ın namizədi isə Tovuz Statistika İdarəsinin rəisi Niyazi Tağıyevdir. Bu siyahı hər şeyi ifadə edir və Ü.Ağayevanın deputatlıq yolunda “yaşıl işıq” yandırılır.

Haqqında bu qədər az məlumat olan şəxsin necə neçə illərin siyasətçisi, ən azından 10 il həmin bölgədən millət vəkili olan İlyas İsmayılovun üzərində qələbə çalması dünyanı səkkizinci möcüzəsi sayıla bilər.

Onun bu günə qədər nəzərəçarpan bir fəaliyyəti, hətta bir müsahbəsi, bir açıqlaması belə yoxdur.İllərdir mətbuatdayıq, amma bu deputatın bir dəfə də olsun fəaliyyəti ilə bağlı xəbər oxumamışıq.

Millət vəkili olan şəxsi heç olmasa öz xalqı, seçiciləri və mətbuatı tanımalıdır. Amma təəssüf…

Bəlkə də Ülviyyə xanım reklamı çox sevmədiyindən mətbuata çıxmır. Ancaq heç olmasa belə bir deputatın var olmasını bilmək lazımdır.

REPORTYOR.info

Ülviyyə Ağayeva seçki qanunu necə pozur? – piarçı direktorlar, müəllimlər…
23-01-2020, 13:16
Вернуться назад