DataLife Engine / Xalq artistinə həsr olunan gecədə narazılıq

Xalq artistinə həsr olunan gecədə narazılıq


Xalq artistinə həsr olunan gecədə narazılıq
“O boyda klarnet ifaçısının yubiley gecəsində səhnədə ancaq Vəli Qədimova aid olmayan müğənnilər oxuyurdu. Axı bu, biabırçılıqdır”.

Axşam.az xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial şəbəkədə yazıb. Musiqiçi Beynəlxalq Muğam Mərkəzi və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə Xalq artisti Vəli Qədimovun 80 illiyinə həsr olunmuş tədbirdən şikayətlənib.
Xalq artistinə həsr olunan gecədə narazılıq

O bildirib ki, gecə düzgün istiqamətdə təşkil olunmayıb və bu sənətkara qarşı hörmətsizlikdir:

“Böyük sənətkarlarımız var. Axı, o səhnədə Hakim Abdullayev, Qulammirzə Mirzəyev və başqaları ifa etməli idi. Axı “Qaya” vokal qrupunun və yaxud da o birilərinin Vəli Qədimov sənətinə və klarnetə nə aidiyyəti var? Onun rəqsləri ifa olunmalı idi. Bu, biabırçılıqdır. Onsuz da düşmənlərimiz o rəqsləri öz adlarına çıxardıb. Yenə də Allah rəhmət etsin sənətkara. Ancaq elə bildim ki, bu gün hansısa estrada müğənnisinin gecəsi idi”.

Qeyd edək ki, Vəli Qədimov uzun illər SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın ansamblında çalışıb. Onun ifa etdiyi oyun havaları və xalq musiqisi nümunələrinin lent yazıları hazırda Azərbaycan Radiosunun “Qızıl fondu”nda qorunur.
[
img=left]https://axsam.az/img/pics/large/2020-01/191855_g2zpo6qjts.jpg[/img]
24-01-2020, 14:09
Вернуться назад