DataLife Engine / Malidə hərbi düşərgəyə hücum: 19 əsgər öldü

Malidə hərbi düşərgəyə hücum: 19 əsgər öldü

Malidə hərbi düşərgəyə hücum: 19 əsgər öldü

Malinin mərkəzi hissəsində yerləşən hərbi düşərgəyə hücum nəticəsində 19 əsgər həyatını itirib.

“Reuters” xəbər verir ki, hücumun kim tərəfindən həyata keçirildiyi məlum deyil.

Terrorçular mühafizə perimetrini yararaq düşərgədəki bəzi tikililəri aşırmağa nail olublar.

Halı-hazırda düşərgəyə nəzarət bərpa edilib, hücum edənlər axtarılır.

Qeyd edək ki, Malinin mərkəzi və şimali hissələrində İŞİD və “Əl-Qaidəyə” bağlı qruplar fəaliyyət göstərir.
27-01-2020, 09:20
Вернуться назад