Sumqayıt şəhərində yerləşən "Türkan" restoranında müştərilər və iaşə müəssisəsinin administratoru arasında dava düşüb.
"Report" xəbər verir ki, dörd nəfər müştəri hesabın çox olmasını deyib. Obyektin ofisiantı bununla razılaşmayaraq administratoru çağırıb. Mübahisə administratorla da davam edib. Mübahisə zamanı həmin müştərilər restoranın administratoru Rafiq Muradovu döyüblər.
Faktla bağlı araşdırma aparılır.