Qafqaz Müsəlmanlar İdarəsinin sədri Şeyxulislam Hacı Allahşükür Paşazadə iki gün əvvəl Masallı rayonunda müşavirə keçirib. Rayondan JAMAZ.İNFO-ya verilən məlumata görə, Masallı İcra Hakimiyyətinin binasında təşkil olunmuş görüşdə əsasən 70, 71, 72, 73, 74 və 75 saylı Seçki Dairələrindən deputatlığa namizdə olmuş hakimiyyətyönümlü şəxslər iştirak ediblər.
Məlumatda bildirilib ki, Şeyx bır sıra mətləblər barəsində danışıb və bəzi iradlarını da bildirib. Belə ki, o, 71 saylı Masallı kənd Seçki Dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Anar İsgəndərovun görüşlərinin sönük keçməsini, ona lazımi dəstəyin verilməməsini bildirərək, bununla bağlı tədbir görülməsini istəyib. Hətta misal olaraq, 70 saylı Masallı şəhər Seçki Dairəsindən namizəd olmuş Məşhur Məmmədovun seçki kampaniyasını göstərib və digər namizədlərin də bu cür davranmalarını istəyib.
Lakin müşavirədə iştirak edən bitərəf namizədlərlə də bağlı bəzi qərarlar açıqlanıb. Hətta onların bir neçəsinə tövsiyyə olunub ki, deputatlığa namizədiyini geri götürsünlər. JAMAZ.İNFO-ya məlumat verən mənbə bildirib ki, həmin müşavirənin ardından 71 saylı Masallı kənd Sseçki Dairəsindən namizəd olan və əhali arasında xeyli reytinq qazanmış Firdovsi Cəbrayılov yerli DSK-ya gedərək, namizdəliyini geri götürdüyünü açıqlayıb. Mənbənin iddiasına görə, ona bu hərəkətinin qarşılığı olaraq vəzifə veriləcəyi gözlənilir. Daha doğrusu, gəzən söhbətlərə görə, Cəbrayılov məhz vəzifə qarşılığında geri çəkilib.
Bəzi məlumatlara görə, yaxın günlərdə daha bir neçə namizədin geri çəkiləcəyi gözlənilir.