DataLife Engine / İlkinin polis əmisi oğlu işdən çıxdı – Şok səbəb

İlkinin polis əmisi oğlu işdən çıxdı – Şok səbəb

İlkinin polis əmisi oğlu işdən çıxdı – Şok səbəb

Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən İlkin Süleymanovun polis əməkdaşı olan əmisi oğlu Murad Süleymanov işdən uzaqlaşdırılıb.

Axar.az xəbər verir ki, M.Süleymanov işdən çıxması ilə bağlı özü ərizə ilə müraciət edib.

M.Süleymanov işdən çıxmasına isə şok səbəb göstərib. "Kanal 13"-ə müsahibəsində o bildirib ki, Nərminin qətli ilə bağlı məsələdə ona "polis əməkdaşı kimi hörmət qoyulmadığı üçün" işdən çıxıb.

O, nəinki əmisi oğlunun, özünün də şərləndiyini iddia edib:

“Polis əməkdaşı olmağıma baxmayaraq, mənim özümü də şərləyirdilər. Məhz bu səbəbdən istefa ərizəmi yazıb göndərmişəm. Ərizəmi yazmağıma səbəb İlkinə və mənim özümə olan haqsızlıqdır”.

M.Süleymanov “polis işçisi kimi” hansı müstəsna hüquq istəyib və yaxud niyə bir yerdə işlədiyi kollektivin qəflətən onu və əmisi oğlunu şərləməyə girişməsinin səbəbini isə açıqlamayıb.
31-01-2020, 11:04
Вернуться назад