DataLife Engine / Fransanın strateji portalı: Qarabağ həll olunur? - GƏLİŞMƏ

Fransanın strateji portalı: Qarabağ həll olunur? - GƏLİŞMƏ

Fransanın strateji portalı: Qarabağ həll olunur? - GƏLİŞMƏ

Fransanın ENDERİ (Entreprise, Defense, Relations İnternationales) strategiyalar portalında “Dağlıq Qarabağ: münaqişə həll olunmağa doğrudurmu?” adlı məqalə yerləşdirilib.

Axar.az xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verilib. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu, həmsədr ölkələrdən söz açılıb. Hər iki ölkənin xarici işlər nazirlərinin görüşlərinə, xüsusilə də ötən ilin dekabrında baş tutan görüşə toxunulub. Münaqişənin qəti həllinə doğru irəliləyişin hələ də zəif olduğu bildirilib.

Məqalədə münaqişənin mənşəyinə toxunularaq, onunla bağlı məlumatların qərəzli olduğu bildirilib. Qeyd edilib ki, 80-ci illərin sonunda Sovet ittifaqının dağılması və Qorbaçov dövrünün liberalizasiya tədbirləri ərazi iddialarını yenidən oyadıb. Azərbaycana qarşı torpaq iddiaları irəli sürən ermənilərin Qafqaza köçürülməsindən danışılıb.

Qeyd edilib ki, Qafqazda ermənilərin sayının artması XIX əsrdə çar Rusiyasının apardığı siyasətin nəticəsi olub. Bu siyasətin əsas məqsədi Cənubda Osmanlı və fars müsəlman ölkələri ilə sərhəddə qeyri-müsəlman müdafiə zonası yaratmaq olub. Bildirilib ki, Çar Rusiyasının müxtəlif əyalətlərindən, eləcə də qonşu ölkələrdən ermənilər bu regiona köçürülüb. XIX əsrdə Osmanlı dövlətindən gözlənilən potensial təhdidin qarşısını almaq məqsədi ilə Cənubda qeyri-müsəlman zonası yaradılması düşünülüb.
1-02-2020, 11:06
Вернуться назад