“Artım” layihə məkanında Macarıstan istehsalı olan film göstəriləcək
Fevralın 6-da “Artım” layihə məkanında “Empirik zaman” rezidensiya sərgisi çərçivəsində “Turin atı” adlı film təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, Macarıstan istehsalı olan film Azərbaycan və ingilis dillərində subtitrlərlə göstəriləcək.
Rejissorlar Bela Tarr və Aqnes Xranitskinin ekranlaşdırdığı filmin xronometrajı 146 dəqiqədir.
Ekran əsərinə hər kəsin baxmaq imkanı var.
1-02-2020, 13:31
Вернуться назад