DataLife Engine / "85 min leriklinin haqqını yeyən İqbal Məmmədova kim səs verəcək" - İTTİHAM

"85 min leriklinin haqqını yeyən İqbal Məmmədova kim səs verəcək" - İTTİHAM

"85 min leriklinin haqqını yeyən İqbal Məmmədova kim səs verəcək" - İTTİHAM

Lerik Rayon İcra Hakimiyyəti və “Relax”ın məşhur sahibi, deputatlığa namizəd İqbal Məmmədov barəsində elə gün olmur ki, şikayətlər, müraciətlər daxil olmasın.

KONKRET.az xəbər verir ki, bu gün sosial şəbəkələrdə, nüfuzlu media orqanlarında Lerikdə baş verən neqativ hallarla bağlı kifayət qədər faktlar işıqlandırılır.

Əslən Lerik rayonundan olan Mais Hüseyn özünün facebook səhifəsində elə belə də yazır:

“Haqqı demək nə gözəl işimiş, iki kəlmə yarı yarımçıq kəlmələrimlə Lerikimi talayan İqbal Məmmədov haqqında yazmışam, mənə dövlət işçilərindən daha zəng eləməyən qalmayıb.

Əziz dostlar, qardaşlar, müəllimlər, bələdiyə işçiləri, qohumlar, bu gün İqbal Məmmədov kimi 85 min Leriklinin haqqını yeyən insanın yanında yer alanların Kərbəla hadisəsində qənimətlərə və vəzifələrinə görə İmamın başını kəsməyə tələsənlərdən heç bir fərqi yoxdur…

Əlbəttə bu, təzyiqlərə əhmiyyət verməyən əziz insanlara aid deyil…”
3-02-2020, 17:42
Вернуться назад