DataLife Engine / Ağalar Vəliyev işçilərin maaşını vermir - GİLEY

Ağalar Vəliyev işçilərin maaşını vermir - GİLEY

Ağalar Vəliyev işçilərin maaşını vermir - GİLEY

"Biz Gəncə su və kanalizasiya sisteminin yenilənməsi layihəsinin podratçısı olan deputat Ağalar Vəliyevə məxsus «Azəraqrartikinti» ASC-nin fəhlələriyik. Bizə 2 aydır maaş verilmir". Bu sözlər DİA.AZ-a daxil olan müraciətdə yer alıb.

Müraciət müəllifləri daha sonra yazır: "Ağalar Vəliyev seçkiyə görə pul tökür deyə bizim balalarımız ac qalır. İki aydır maaş verilmir, nə vaxt veriləcəyi də məlum deyil. Şirkətin fəhlələrə verdiyi yemək də keyfiyyətsizdir. Köhnəlmiş ətdən və keyfiyyətsiz məhsullardan bizə yemək verən şirkətin başında duran Ağalar Vəliyevin iti də biz yeyən yeməkdən yeməz. Maaşlarımız verilməyəcək təqdirdə biz prezident aparatına gedəcəyik. Bizləri istirahətsiz işlədirlər, 12 saat işləyirik, şənbə və bazar günləri, bayram günləri də işləyirik. Bizlərə işdən çıxartmaq qorxusu altında zülm edirlər. İki aydır maaş almırıq, yeməyimiz keyfiyyətsiz, iş saatlarımız da quldarlıq kimidir".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

DİA.AZ
3-02-2020, 20:33
Вернуться назад