Əgər ABŞ İraqdakı Ayn-əl-Əsəd aviabazasına yanvarın 8-də endirilmiş raket zərbələrinə cavab olaraq İrana hücum etsəydi o zaman Təl-Əviv yerlə bir edilərdi.
Belə bəyanatla İran İnqilab Keşikçiləri Korpusunun keçmiş komandanı, hazırda konstitusiyaya nəzarət Şurasının rəhbəri olan general Möhsün Rezayi çıxış edib.
“Əgər Qasım Süleymaninin öldürülməsindən sonra o vaxt ABŞ hücum etsəydi İran heç bir şübhə yoxdur ki, Təl-Əvivi yerlə bir edərdi”,-o deyib. Rezayi bildirib ki, İsrail general Süleymaninin öldürülməsində iştirak edib və komandirin Dəməşqdən Bağdada uçacağı haqda Vaşinqtonu məlumatlandırıb.(virtualaz.org)