DataLife Engine / Maduro ABŞ və Kolumbiyanı terror törətməkdə ittiham etdi

Maduro ABŞ və Kolumbiyanı terror törətməkdə ittiham etdi

Maduro ABŞ və Kolumbiyanı terror törətməkdə ittiham etdi

Venesuelanın prezidenti Nikolas Maduro ölkənin şimalında yerləşən “Cantv” və “Movilnet” telekommunikasiya şirkətlərinin avadanlıq ambarına həyata keçirilmiş hücumda ABŞ və Kolumbiyanı günahlandırıb.

“RİA Novosti” xəbər verir ki, Maduronun sözlərinə əsasən, hökümət zərər çəkən şirkətlərə təzminat ödəyəcək.

“Bu cinayətin arxasında ABŞ prezidenti Donald Tramp və Kolumbiya prezidenti İvan Duke tərəfindən idarə olunan sağçı qüvvələr və vətən xaini Xuan Quaido durur”, - deyə N.Maduro vurğulayıb.
11-02-2020, 08:57
Вернуться назад