DataLife Engine / "Ronaldo özünü yaxşı hiss edir" - Sarri

"Ronaldo özünü yaxşı hiss edir" - Sarri

"Ronaldo özünü yaxşı hiss edir" - Sarri

"Yuventus"un baş məşqçisi Maurisio Sarri futbolçusu Kriştiano Ronaldo haqda danışıb.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, portuqaliyalı hücumçuya Çempionlar Liqasının 1/8 finalında "Lion"la ilk oyun öncəsi istirahət verib-verməyəcəyi ilə bağlı bunları deyib:

"Mən onunla danışdım. Ronaldo mənə dedi ki, özünü yaxşı hiss edir. Biz oyundan-oyuna onun vəziyyətini izləyəcəyik".

Qeyd edək ki, "Lion" - "Yuventus" görüşü fevralın 26-ı keçiriləcək.
13-02-2020, 15:15
Вернуться назад