DataLife Engine / "Radiolarda məqsədi və məramı məlum olmayan, əyalət səviyyəli proqramlar kifayət qədərdir"-DJ Teymur

"Radiolarda məqsədi və məramı məlum olmayan, əyalət səviyyəli proqramlar kifayət qədərdir"-DJ Teymur


"Radiolarda məqsədi və məramı məlum olmayan, əyalət səviyyəli proqramlar kifayət qədərdir"-DJ Teymur
Hər il fevralın 13-ü Beynəlxalq Radio Günü kimi qeyd edilir. Həmin tarixin seçilməsi təsadüfi olmayıb. Belə ki, 1946-cı il fevralın 13-də "BMT-nin radiosu" ilk dəfə efirə çıxıb.UNESCO-nun Baş Konfransının 36-cı ssesiyası onun dünya səviyyəsində qeyd edilməsi ilə bağlı qərar qəbul edib. Radio vasitəsilə yayım fəaliyyətləri tarix boyunca ən təsirli və əlçatan olub.

Bəs görəsən bu ənənənə bu gün də davam edirmi? Ümumiyyətlə bu gün Azərbaycan radiosunun problemləri nələrdir?

Suallarımızı məşhur DJ Teymur Əliyev cavablandırıb. O, Sonxeber.az-a açıqlama verərək bildirib ki, Azərbaycan radiolarının əsas problemi formatsızlıqdır:

"Radiolarda məqsədi və məramı məlum olmayan, əyalət səviyyəli proqramlar kifayət qədərdir"-DJ Teymur"Radiostansiyalar aydın hədəf auditoriyasını görmürlər. Demək olar ki, bütün radiolar müəyyən auditoriya üçün yox, hamı üçün işləmək istəyir. Bu da pərakəndəlik və qeyri-peşəkar mühit yaradır. İnkişaf səviyyəsi də buna uyğun olaraq çox fərqlidir. Efirdə keyfiyyətli proqramlar da var, məqsədi və məramı məlum olmayan, əyalət səviyyəli proqramlar da kifayət qədərdir. Perspektivlər çox genişdir. Bu bazarda geniş imkanlar var və hələ radiolarımız mövcud potensialdan çox aşağıdadırlar. Radiolarımız çalışmaqla cəmiyyətə də, özlərinə də daha faydalı ola bilərlər. Radioların kommersiya perspektivləri genişdir. Daha çox qazana bilərlər. Buna isə axsayan peşəkar yanaşma mane olur".
13-02-2020, 15:40
Вернуться назад