DataLife Engine / GDU rektoru ilə bağlı ilginc iddia... - Belə deyirlər...

GDU rektoru ilə bağlı ilginc iddia... - Belə deyirlər...

GDU rektoru ilə bağlı ilginc iddia... - Belə deyirlər...

Gəncədəki bütün dairələr üzrə səsvermə məntəqələrində GDU-nun tələbə və müəllim korpusundan istifadə olunub.

İddialara görə, bu prosesin başında rektor Yusif Yusifov dayanıb və onun təlimatı əsasında seçki saxtakarlığına yol verilib. Həmin gün GDU-nin bir qrup tələbələri və müəllimləri ayrı-ayrı məntəqələrdə təkrar səs vermədə iştirak ediblər.

Məlumatda deyilir ki, rektor Y.Yusifovdan “karusel” təşkil etməsi tələb olunmayıb. Sadəcə, GDU rəhbərliyi Gəncə şəhər icra başçısı Niyazi Bayramova canfəşanlığını nümayiş etdirmək üçün seçki saxtakarlığında fəallıq göstərib. Bildirilir ki, icra başçısı ilə rektorun münasibətləri o qədər də ürəkaçan deyil, N.Bayramov Y.Yusifovu yaxınlığına buraxmır.

Buna səbəb rektorun sui-qəsd edilmiş sabiq icra başçısı Elmar Vəliyevlə yaxınlığı və əlaqələrinin olmasıdır. Ona görə də N.Bayramov ilk vaxtdan vəliyevçilərlə məsafə saxlayıb, sıx təmas qurmamağa çalışıb.

Elə seçki günü də icra strukturlarından GDU rəhbərliyinə heç bir tapşırıq olmayıb ki, karuseldə iştiraka dəstək versinlər. Sadəcə, Y.Yusifov icra başçısı ilə əlaqələrini möhkəmləndirmək və onun gözünə girmək üçün bu addımı atdığı iddiaları səslənir.

Başqa bir xəbərdə isə söylənir ki, GDU rektorunun özfəaliyyəti heç də bəyənilməyib və yaxşı qarşılanmayıb. Adı tez-tez rüşvət yığılmasında, müxtəlif qalmaqallarda hallanan bu universitetin imici son illər tamamilə aşağı düşüb.

Ölkənin ikinci şəhərinin nüfuzlu və hörmətli ali məktəblərindən olmuş Gəncə Dövlət Universiteti məhz rektor Yusif Yusifovun idarəçilikdə yol verdiyi neqativlər ucbatından reputasiyasını itirib.(Reportyor.info)
13-02-2020, 16:52
Вернуться назад