DataLife Engine / Camalovların neftxuda deputatı: İltizam Yusifova şok – İttihamlar

Camalovların neftxuda deputatı: İltizam Yusifova şok – İttihamlar

Camalovların neftxuda deputatı: İltizam Yusifova şok – İttihamlar

46 saylı Şirvan Seçki Dairəsindən kimin deputat seçiləcəyi məntəqələrdə sayım bitənə qədər bəlli deyildi.

İlk gündən bu dairədən namizəd olan mərhum nazir Yavər Camalovun oğlu Rəşad Camalova mandat veriləcəyi gözlənilirdi.

Nazir oğlu Şirvanda geniş maliyyə imkanları hesabına güclü kampaniya aparırdı, hakim dairələrin də ona münasibəti loyal idi.

Lakin Camalovun ikili vətəndaşlığının olduğu üzə çıxmaqla bütün ümidləri suya düşdü, bir günün içində namizədliyi ləğv olundu.

Bununla da həm xərclədiyi pullar batdı, həm də parlamentə gedən yolu bağlandı.

Reportyor.info xəbər verir ki, Şirvandan kimin deputat olacağı sual altındaydı. Çünki Camalovdan sonra digər namizədlərin şansları bərabər görünürdü və iqtidarın kimə “stavka” edəcəyi maraqlıydı.

Nəhayət, seçim edildi, yenə biznes adamına üstünlük verildi, 46 saylı Şirvan seçki dairəsində Yusifov İltizam Balayusif oğlu qalib elan olundu. 1963-cü il tvəllüdlü İltizam Yusifov “Shirvan Operating Company” şirkətində vitse-prezidentidir.

Amma gələn xəbərlərdən belə aydın olur ki, bu seçkidə şirvanlıların seçimi İ.Yusifov olmayıb. Hələ seçkidən üç gün qabaq Şirvanın “Vosmoy” adlanan ərazisində, o cümlədən bir neçə uçuq evlərin tinində görüş keçirmək istəyən İ.Yusifovla seçicilər arasında qalmaqal yaşamışdı.

Seçicilər onu eynilə Çingiz Qənizadənin gününə salıblar, etirazla qarşılayıblar, görüşü boykot ediblər, deputat görmək istəmədiklərini açıqlayıblar. Ona görə də İ.Yusifov həmin yeri tərk etmişdi.

O ərəfədə mediada gedən xəbərlərdə qeyd olunurdu ki, Şirvanda bir neçə belə böyük məhəllələrin, qəsəbələrin seçiciləri İ.Yusifovu Ç.Qənizadə kimi qarşılayıblar.

Lakin görüşlərdəki biabırçılıqlar video lentə alınmayıb, ört-basdır edilib. Hətta namizədə “sən get, nöyüt şefin gəlsin, ona səs verək!”, – deyə kinayə ediblər.

Çox maraqlıdır ki, İ.Yusifov Camalovlar ailəsinə yaxın adamdır. R.Camalovun deputatlığa namizədliyi ləğv edilən kimi dərhal hərəkətlənən qüvvələr özlərinə yaxın növbəti namizədi irəli verərək onu – yəni, Yusifovu qanunverici orqana göndəriblər.

Camalovlar qrupu seçkinin əvvəlində İ.Yusifovu namizəd kimi qeydiyyatdan keçirməklə, seçkinin sonuna yaxın onun öz namizədliyini R.Camalovun xeyrinə geri götürməsini planlaşdırırmış.

Buna qədər isə həmin namizəd digər rəqiblərin elektoratını dağıtmaq istiqamətində fəaliyyət göstərməliymiş.

Lakin vəziyyət dəyişdiyindən və MSK-nın məlum qərarından sonra bir növ acığa düşən Camalovlar az qala seçki prosesinə meydan oxumağa, nə yolla olursa-olsun, rayona nəzarəti əldən verməməyə çalışırlar.

Buna görə də, mətbuatda yayılmış xəbərlərdə deyilir ki, İ.Yusifovun təbliğat-təşviqat kampaniyasını qızışdıraraq, vətəndaşlara maddi kömək təklif edilib, seçicilərin Yusifova səs verəcəkləri halda məşğulluqlarının təmin olunacağı kimi vədlər verilib.

Hətta rayonun 10 saylı məktəbinin direktorunun müəllimləri yığaraq, İ.Yusifova səs vermələrini tələb etdiyinə dair iddialar var.

Bununla yanaşı bildirilir ki, Yavər Camalovun yaxın qohumu olan Şirvandakı Yol İdarəsinin müdiri Şıxverdi Məmmədov da kollektivə İ.Yusifova səs verməyi tapşırıbmış. Bir sözlə, Camalovlar əllərindən gələni edərək İ.Yusifovun qutudan çıxmasına nail olublar.

İ.Yusifovun özünə gəlincə, neft sektorunda vəzifə tutan bu şəxsin indiyə qədər əhaliyə hər hansı dəstəyinə, ictimai fəaliyyətinə və s. dair məlumata rast gəlinmir.

Seçicilərin də çoxunun onunla bağlı ətraflı məlumata, yaxud rayon üçün hansısa faydalı əməlinə dair məlumata malik olmadığı qeyd edilir.

Ancaq bütün bunlara baxmayaraq, görünür Camalovlar bu namizədin üzərində dayanaraq, rayondakı təsirlərini, nüfuzlarını qorumağa çalışacaqlar.

Camalovların neftxuda deputatı: İltizam Yusifova şok – İttihamlar
18-02-2020, 18:37
Вернуться назад