DataLife Engine / Erməni əsgərlərin ölümü İrəvanı çalxalayır

Erməni əsgərlərin ölümü İrəvanı çalxalayır

Erməni əsgərlərin ölümü İrəvanı çalxalayır


Qeyri-döyüş şəraitində əsgər ölümlərinə qarşı Ermənistanda ciddi etirazlar hakimiyyətin təşvişinə səbəb olub.

Redaktor.az xəbər verir ki, ötən gün Ermənistan Baş naziri Nikol Paşinyanın bununla bağlı güc strukturları ilə keçirdiyi görüşün ardından Ermənistan Baş Hərbi İstintaq İdarəsində də müşavirə olub.

Qeyd edək ki, ilin əvvəlindən bu yana təkcə Qarabağda ölən erməni hərbçilərin sayı 13-ə çatıb. Bu ölümlər səbəbindən ötən gün qondarma Dağlıq Qarabağ qurumunun "müdafiə naziri" istefaya gedib.

Əsgər ölümləri Ermənistanda çox ciddi etirazlarla qarşılanır. //Axar.az
19-02-2020, 10:07
Вернуться назад