DataLife Engine / Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir - Mehdiyev və Axundova yola salınır

Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir - Mehdiyev və Axundova yola salınır

Əfv Komissiyasında tərkibində dəyişiklik gözlənilir - Mehdiyev və Axundova yola salınır

Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibi formalaşdırlacaq. Gələn məlumata görə Komissiya sədri, üzvlərin bir neçəsinin dəyişdiriləcəyi gözlənilir. Gələn məlumata görə Komissiya sədri Ramiz Mehdiyev tutduğu vəzifədən ayrılmalı olacaq. Onu bu vəzifədə Prezident Adminstrasiyasının yeni rəhbəri Samir Nuriyev əvəzləyəcək.

Üzvlərdən isə indilik yola salınacaq namizəd kimi Elmira Axundovanın adı hallanır. Onun adının böyük dələduzluq cinayətlərinə qarışması, Əfv Komissiyasının adından dələduzlara vədlər verməsi barəsində qəti addımların atmaısnı şərtləndirib. 1995-ci ildən Komissiyada olan Elmira Axundovanın fəaliyyəti 2013-cu ildən bu yana mətbuat səhifələrindən düşmür. Əfv Komissiyasının üzvü olan Elmira Axundova bir-birinin ardınca baş verən 8 milyonluq dələduzluq, gənc model Günel Mirzəyevanın bu günə qədər açılmayan müəmmalı ölüm işində mərkəzi fiqur kimi çəkilib.
Elmira Axundova Günel Mirzəyevanın onun oğlu Həbib Axundovun yaxtasından dənizə düşməsini cani-dildən təkzib etsə də, sonradan yalanı üzə çıxıb. Faktlarla sübut olunub ki, Günel Mirzəyeva açıq dənizə Həbib Axundovun yaxtası ilə çıxıb və müəmmalı şəkildə dənizin dibinə gedib. Zavallı qızın həmin vaxt hamilə olması xəbərləri də var!

Elmira Axundovanın digər yalanı isə onun Elnur İbrahimovun dələduzluq işinə aidiyyatının olmaması ilə bağlıdır. Elnur İbrahimovun cinayət işində isə onun əmisi oğlu Hafiz İbrahimov vasitəsi ilə günaşırı 5 min manat aparıb verməsini sübut edən sms yazışmalar var!!!
Bu hələ harasıdır?

Mətbuatda Elmira Axundovanın səs yazıları var ki, bu gün istintaq araşdırsa, hüquqi qiymət versə, növbəti dəfə Əfv Komissiyasının adına ləkə gələr.

Təsəvvür edin ki, Elmira Axundova evinin daimi qonağı, hazırda dələduzluğa görə həbsdə olan Elnur İbrahimova söz verib ki, onu Əfv Komissiyası vaxtından əvvəl azad edəcək. Yəni Əfv Komissiyasının üzvü səlahiyətlərindən sui-istifadə edəcəyini açıq-aşkar və çəkinmədən deyir. Komissiyanın ictimai nüfuzuna xələl gətirən belə vədləri və hərəkətləri Elmira Axundovanın üzvlük məsələsinə baxılmasına və qəti qərar verilməsinə yol açıb.

Xatırladaq ki, mətbuatda hazırda Əfv Komissiyasında üzv olan Elmira Axundovanın bu cür yollarla 30 milyonluq varidat əldə etməsi haqda da bu günə qədər təkzib edilməyən məlumatlar da yer alır. //istiqlal.az//
19-02-2020, 11:33
Вернуться назад