DataLife Engine / Saleh Məmmədov da ona olan etimadı itirib... - İDDİA

Saleh Məmmədov da ona olan etimadı itirib... - İDDİA

Saleh Məmmədov da ona olan etimadı itirib... - İDDİA

"Yuxarı dairələr yeni dəyişiklik tədarükündədir və bu dəfə üst düzəydə qərarlaşan məmurlarla bağlı sərt addımlar atıla bilər". Bu barədə DİA.AZ-a danşan mötəbər mənbə bildirir ki, gözlənilən dəyişikliklərdə hansısa məmurun postunda təzə və yaxud da köhnə olması önəm daşımır.

Mənbənin dia.az-a söylədikləri: "Ağstafanın icra başçısı da postunda bir ilini tamamlamamışdı. Ümumiyyətlə, dövlət rəhbərliyi nümayiş etdirir ki, hətta yenidən təyinat alan, yeni kadrlara qarşı da sərt addımlar atıla bilər".

Mənbə iddia edir ki, həmin məmurlardan biri də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovdur. Qaynaq iddia edir ki, artıq Saleh Məmmədov ona olan etimadı əməlli-başlı zədələyib: "Məlumdur ki, dövlət başçısı Saleh Məmmədova yüksək inam bəsləyirdi. Zaman-zaman AAYDA şefi bu inamı xərcləməkdədir. İndi isə ip yetərincə üzülüb və hər an dəyişiklik qərarı verilə bilər".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...\

DİA.AZ
21-02-2020, 15:19
Вернуться назад