DataLife Engine / ADAU-da əməlli-başlı bazar açıblar... - İTTİHAM

ADAU-da əməlli-başlı bazar açıblar... - İTTİHAM

ADAU-da əməlli-başlı bazar açıblar... - İTTİHAM


Azərbaycan Dövlət Aqrar Universitetində daha bir rüsvayçılığın üstü açılıb.

Daxil olan özəl məlumata görə, adau-heqiqetleri.com adı altında fəaliyyət göstərən bir sayt universitetdə rəhbərliyin kurasiyası altında fəaliyyət göstərən şəxslərin imtahanlarda qeyri yollarla tələbələrə rüşvət müqabilində qiymətlər yazıldığına dair faktlar irəli sürüb.
Saytın yaydığı materialda universitetin Elektron İmtahan Komissiyasının rüşvət faktını təsvir edən Whatsapp sosial şəbəkəsi üzərində yazışmaları da yer alıb.
Demokratik.Az-ın elektron poçtuna göndərilən tənqidi məqaləni olduğu kimi təqdim edirik:
Rüşvət alınması prosesi necə qurulub?
Universitetdə tələbə olan Murad (eyni zamanda İmtahan Komissiyasının sədri Ruslan Tahirovun qohumu), digər tələbələrdə imtahanların qanunsuz qiymətləndirilməsi qarşılığında müəyyən edilmiş məbləğdə ödənişi tələbələrdən təmin edir. Daha sonra, Murad əldə etdiyi məbləği öz qohumuna təhvil verir. Ümumi yığılan pullar rektor ilə bölüşdürülərək, qanunsuz yollarla biliyi qiymət almağa imkan verməyən tələbələr qiymətləndirilir.
Rüşvət alınması faktı necə üzə çıxıb?
Məlumatları redaksiyamıza göndərən tələbə, ilk olaraq pulu verdiyi şəxsə, yəni, Murada Whatsapp vasitəsi ilə müraciət edərək pulu verdiyi halda kəsrinin olduğunu bildirir. Daha sonra isə, Murad İmtahan Komissiyasının sədri Ruslan Tahirovun bu barədə məlumatlı olduğunu, hətta. onun köməkçisi, eyni zamanda, İmtahan Komissiyasının işçisi Şahin adlı şəxsin Ruslan Tahirova nəzərdən qaçmış kəsrin qanunsuz yollarla düzəldilməsini xatırladacağını bildirir.
Bundan sonra tələbə yenə Whatsapp şəbəkəsi vasitəsi ilə Şahinə müraciət edərək, qarşılaşdığı problem barəsində məlumat verir. Şahinə isə tələbənin birbaşa müraciət etməsi xoş gəlmir (görünür qabaran problemin nəticələrini əvvəlcədən görmüşdü).
Həmin tələbə, problemin həllinə inanmayaraq, birbaşa "cənab sədr"in özünə müraciət edir. O isə öz növbəsində problemin iki gün ərzində həll olunacağını tələbəyə bildirir. Görünür ki, Ruslan müəllim, köməkçisi qədər bu işlərdə peşəkar deyil. Çünki, tələbə ilə açıq əlaqəyə keçərək böyüyən problemi aradan qaldırmaq üçün həlli istiqamətində söz verib.
Yazışmaların ekran görüntülərini də oxucuya təqdim edirik.

Demokratik.Az

ADAU-da əməlli-başlı bazar açıblar... - İTTİHAM
ADAU-da əməlli-başlı bazar açıblar... - İTTİHAM
ADAU-da əməlli-başlı bazar açıblar... - İTTİHAM
ADAU-da əməlli-başlı bazar açıblar... - İTTİHAM
24-02-2020, 16:08
Вернуться назад