DataLife Engine / Bakıda məşhur marketə basqın: İki nəfər bıçaqlandı

Bakıda məşhur marketə basqın: İki nəfər bıçaqlandı

Bakıda məşhur marketə basqın: İki nəfər bıçaqlandı

Bakıda "Araz" supermarketlər şəbəkəsinin iki işçisini bıçaqlamaqda təqsirli bilinən Ülvi Sultanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Novruz Kərimovun icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, ötən il noyabrın 20-də Sabunçu rayonun Zabrat qəsəbəsində yerləşən "Araz" marketə oğru girib.

Bu zaman həmin şəxs market işçiləri ilə mübahisə edib. Mübahisə zəminində marketin əməkdaşları - 1986-cı il təvəllüdlü Vüsal Şıxıyev və 1992-ci il təvəllüdlü Məhəmməd İsgəndərov bıçaqlayaraq qaçıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Vüsal Şıxıyevə döş qəfəsinin, Məhəmməd İsgəndərova isə sol qabırğaların kəsilmş yarası diaqnozu qoyulub. Vaxtında tibbi yardım göstərildiyi üçün onların həyatını xilas etmək mümkün olub.

Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törədən Ülvi Sultanov həbs edilib.

İstintaq orqanı tərəfindən Ülvi Sultanovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
27-02-2020, 13:45
Вернуться назад