DataLife Engine / Tanışını öldürüb, meyitini parçalara ayıran şəxslə bağlı - Yeni xəbər

Tanışını öldürüb, meyitini parçalara ayıran şəxslə bağlı - Yeni xəbər

Tanışını öldürüb, meyitini parçalara ayıran şəxslə bağlı - Yeni xəbər

Üç il əvvəl Abşeron rayonunda qətl törətməkdə təqsirli bilinən Fuad Mustafayevin cinayət işi üzrə material prokurorluğa qaytarılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsi qərar qəbul edib.

Hakim İlham Mahmudovun sədrliyi ilə baş tutan iclasda ittiham aktının məzmununa təqsirləndirilən şəxs tərəfindən törədilən bütün cinayətlərin daxil edilmədiyi məlum olub.

Məhkəmə ittiham aktı Cinayət-Prosessual Məcəlləsinin 289 və 290.3.2 maddələrinə uyğun olmadığı məlum olub.

Bu səbəbdən cinayət işi yenidən araşdırılması üçün prokurorluğa qaytarılıb.

Qeyd edək ki, Tamara Rəsulovanın oğlu Əli Rəsulovun itkin düşməsi ilə bağlı müraciəti əsasında aparılan araşdırma zamanı Əli Rəsulovun qəsdən öldürülməsinə, eləcə də ona məxsus əmlakın dələduzluq yolu ilə ələ keçirilməsinə şübhələr olduğundan Abşeron rayon prokurorluğu cinayət işi başlayaraq istintaq aparıb.

Müəyyən edilib ki, Fuad Mustafayev 2016-cı ilin sentyabrında icarəyə götürdüyü Pirşağı qəsəbəsində yerləşən bağ evində Əli Rəsulova məxsus əmlakı satıb, pulunu ələ keçirmək üçün tamah niyyəti ilə ona bıçaqla xəsarətlər yetirib.

O, Əli Rəsulovu öldürərək cinayəti gizlətmək məqsədilə meyiti hissələrə bölməklə sellofan torbaya büküb və basdırıb.

Daha sonra Əli Rəsulovun tək yaşadığı evində olan məişət əşyalarını satıb, eləcə də evi hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla dələduzluq yolu ilə ələ keçirib.

17 aprel 2019-cu il tarixdə Fuad Mustafayevə Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə qəsdən adam öldürmə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilib.

28-02-2020, 13:23
Вернуться назад