DataLife Engine / “Veysəloğlu” şirkətinin gizli anbarı aşkar olundu - Şirkət ərzaq deposunu hansı məqsədlə gizli saxlayırmış?

“Veysəloğlu” şirkətinin gizli anbarı aşkar olundu - Şirkət ərzaq deposunu hansı məqsədlə gizli saxlayırmış?


“Veysəloğlu” şirkətinin gizli anbarı aşkar olundu - Şirkət ərzaq deposunu hansı məqsədlə gizli saxlayırmış?
Təxminən bir ay əvvəl Sabunçuda İqtisadiyyat Nazirliyi tərəfindən “Veysəloğlu” şirkətinin gizli ərzaq deposu aşkarlanıb. Bu barədə Hurriyyet.org-a daxil olan məlumatda deyilir.

Bildirilir ki, həmin depoda gizli şəkildə bəzi ərzaq məhsulları istehsal olunurmuş və şirkət həmin malalrın özünə məxsus marketlərdə qeydiyyatsız satışını təşkil edirmiş. Bununla həm vergidən yayınır, həm də əlavə qazanc əldə edirmiş.

Məlumata aydınlıq gətirmək məqsədilə “Veysəloğlu” şirkəti ilə əlaqə saxladıq. Sözügedən şirkətin hüquqşünası Fuad Yadigarov dedi ki, o, bu barədə suallara cavab verə bilməz: “Mən o səlahiyyətli şəxs deyiləm. Mənə səhv yönləndiriblər. Mənə aidiyyatı yoxdur, aidiyyatı üzrə yönləndirsinlər. Mənim bu barədə heç bir məlumatım yoxdur”.

Məsələ ilə bağlı şirkətlə təkrar əlaqə saxlasaq da, suallarımıza cavab verəcək yetkili şəxs tapılmadı...

İddia ilə bağlı İqtisadiyyat Nazirliyinin də mövqeyini öyrənmək istəsək də, dəfələrlə İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqələndirsələr də, şöbədən telefona cavab verən tapılmadı.
29-02-2020, 12:45
Вернуться назад