DataLife Engine / “Clear” otel və sahibi haqda şok iddialar: gizli biznesdən Ermənistanadək- VİDEO

“Clear” otel və sahibi haqda şok iddialar: gizli biznesdən Ermənistanadək- VİDEO

“Clear” otel və sahibi haqda şok iddialar: gizli biznesdən Ermənistanadək- VİDEO

Bakıda hotel, ailəvi istirahət mərkəzi, sauna və motellərin sayı günü-gündən artır.

Hər birimizdə ilk baxışdan elə təsəvvür yaranır ki, həmin obyektlər təyinatları üzrə fəaliyyət göstərirlər. Amma real mənzərə tamamilə başqa cürdür.Bu gün paytaxtda yerləşən hotel, sauna və ailəvi istirahət mərkəzlərinin yetərli hissəsi əxlaqsızlıq yuvasına çevrilib. Bununla bağlı yerli mediada yazılan iddialara görə əxlaqsız əməllərin intensiv xarakter aldığı hotellərdən biri də Binəqədi rayonunda yerləşən “Clear” hoteldir. Rəsmi məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, “Clear” hotel Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dord ulduz kateqoriyası və muvafiq icazə sənədi – lisenziya verilib. Amma buna baxmayaraq “Clear” hotelın adı mətbuatda davamlı olaraq əxlaqsızlıq yuvası olaraq keçib.

Qardaşların civəylə başlayıb MTN-ə gedib çıxan biznesi

Bildirək ki, otelin sahibləri Fikrət və Fəxrəddin Feyziyev qardaşlarıdır. Bu qardaşlar neçə illərdir ki, otel və digər biznes işləri ilə məşğuldurlar. Bu iki qardaşla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı ilginc iddialara rast gəldik. Rəsmən təkzib olunmayan bu iddialara görə, Fikrət və Fəxrəddin Feyziyev qardaşları hələ 90-cı illərdə yaranmış vəziyyətdən əlverişli şəkildə istifadə edərək İrana qırmızı civə satışını təşkil etməyə başlayıblar. Bir xeyli müddət qeyd olunan bizneslə məşğul olan qardaşlar, nəhayət, 2000-ci illərin əvvəllərində MTN-in diqqət mərkəzinə düşürlər. Namiq Abbasovun ( o zaman MTN-nin rəhbəriydi-red) göstərişi əsasında adları çəkilən qardaşlarla bağlı əməliyyat keçirilir və onlar həbs olunurlar. Ancaq qardaşlar müəmmalı şəkildə MTN-in təcridxanasından çıxmağa nail olurlar. Deyilənə görə, o zaman qardaşların həbsdən azad olmasına ləğv edilmiş Xüsusi İdarənin rəisi Elman Qəmbərov şərait yaradır.

Otel pulları ilə instaqram qəhrəmanı olan oğullar

Məlumatlara görə, Fikrət Feyziyevin əldə etdiyi milyonlar onun oğlanları Elvin və İslam Feyziyevlərin də lüks həyat yaşamasına rəvac verib. Belə ki, cumhuriyyet.az yerli mediaya istinadən bildirir ki, oğul Feyziyevlərin bütün günü istirahətdə, kef məclislərində keçir və onlar bahalı maşın kolleksiyasına sahibdirlər. Bura 99 BB 005 nömrəli «Mercedes Galenvagen», 90 FX 090 nömrəli «Mercedes» Galenvagen», «Rolls Royce», 90 AD 090 dövlət nömrə nişanlı «Mercedes Galenvagen», 99 DD 005 nömrəli «Lexus 570», 10 OB 002 nömrəli son model «Mercedes S Klass» daxildir. «İnstagram»dakı şəkillərdən görünür ki, oğul Feyziyevlər heç vaxt ucuz yerdə oturmurlar və onlar bahalı məkanlarda atalarının pullarını ürəkləri istəyən şəkildə xərcləyirlər. Ən maraqlısı isə odur ki, oğul Feyziyevlərdən birinin yaşı avtomobil sürməyə imkan verməsə də, o bir müddət atasının gücünə sürücülük vəsiqəsi olmaya-olmaya avtomobil sürüb.

Ermənistanda biznes iddiası

Sözügedən obyekt və onun sahibi haqda səslənən iddialardan biri də düşmən dövlətlə bağlıdır. Cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı belə bir məlumata rast gəldik ki, Bakı 2015 Avropa Oyunları zamanı xarici qonaqlara təqdim etmək üçün Bakıya İrandan və Gürcüstandan erməni əsilli qədim peşə sahibləri gətirilib. Gətirilən xanımların içində erməni əsilli qədim peşə sahiblərinin əksəriyyət təşkil etdiyi bildirilir. Xüsusən İrandan olan qadınların böyük əksəriyyətinin erməni qızları olduğu qeyd olunur. Həmçinin, iddia olunur ki, “Clear” hotelin sahibi olaraq bilinən Fəxrəddin və Fikrət adlı qardaşlar Ermənistanın Yenokavan rayonunda fəaliyyət göstərən İstirahət Mərkəzinin şərikli sahibi olduqları qeyd olunur. Belə ki, həmin İstirahət Mərkəzinin payçı sahiblərinin Turkiy?, Erm?nistan, Gurcustan, Rusiya və Azərbaycandan olan iş adamlarından ibarət olduğu qeyd olunur. Həmin İstirahət Mərkəzinin qarşısında isə bu ölkələrin bayraqları dalğalanır. Və demək olar ki, Ermənistanda Azərbaycan bayrağının dalğalandığı yegənə məkandır.

DOSYE.ORG

2-03-2020, 10:08
Вернуться назад