DataLife Engine / Deputatın qardaşı oğlunu necə ŞANTAJ EDİRLƏR... - İLGİNC FAKTLAR

Deputatın qardaşı oğlunu necə ŞANTAJ EDİRLƏR... - İLGİNC FAKTLAR

Deputatın qardaşı oğlunu necə ŞANTAJ EDİRLƏR... - İLGİNC FAKTLAR

Bir neçə gün əvvəl yerli KİV-də deputat Əhliman Əmiraslanovun qardaşı oğluna qarşı müəyyən ittihamlar səslənən materiallar yayıldı ki, bununla bağlı qarşı tərəf olan Emil Əmiraslanov DİA.AZ-a müraciət və haqlı olduğunu sübutlayan dəlillər yollayıb. Bundan əlavə, deputatın qardaşı oğlu şok faktları da açıqlayaraq onun əmisi haqda şantaj xarakterli məlumatların yayılacağı ilə təhdid olunduğunu da bildirib.

Müraciətdə deyilir: "Bildirmək istəyirəm ki, Fərzəliyeva Tamella və onun hazırda dələduzluq ittihamı ilə həbsdə olan qızı Fərzəliyeva Minarə ilə 2010-cu ildən aramızda qızıl-zinət əşyalarnın alış-verişi olub. Buna görə də həmin ildə aramızda notarial qaydada borc müqaviləsi bağlanıb. Bildirim ki, onlara olan borcumu hər dəfə ödədikdə onlardan əlyazma şəklində ödədiyim məbləğlə bağlı qəbzlər alırdım. Sonradan mənə məlum oldu ki, Tamella və Minarə Fərzəliyevalar da araçıdırlar və onlar məndən aldıqları pulları qızıl aldıqları şəxslərə ya vermirlərmiş, ya da müəyyən hissəsini kəsərək verirmişlər. Bəzən isə aylarla pul ödəmədikləri də ortaya çıxır.

Bu səbəbdən həmin şəxslər Minarə Fərzəliyevadan hüquq-mühafizə orqanlarına şikayət edirlər və o 100 min manatdan artıq qızıl pulunu mənimsəməkdə ittiham olunur. Minarə Fərzəliyeva istintaqdan yayınmaq məqsədilə guya mənim pul ödəmədiyimi və məndə olan qəbzlərin saxta olduğunu iddia etsə də, məhkəmə ekspertizası həmin yazıların məhz Minarə Fərzəliyevaya aid olduğunu sübuta yetirmiş və 2018-ci ildə onun barəsində 5 il azadlıqdan mərhumetmə cəzası çıxarılmışdır.

Bundan sonra da Tamella Fərzəliyeva mənimlə qızıl alış-verişini davam etdirmiş və 2019-cu ilin fevral ayından etibarən mən ona 5 min, 6 min, 7 min və bəzən 10 min manatlıq ödəniş də etmişəm. Hətta ödənişi gecikdirdiyim hallarda mənə günlük olaraq 200-600 manat aras faizlər də yazıb ki, onları da ödəmişəm.

Bu zaman isə o hər dəfə məni şantaj edərək "əmini (deputat Əhliman Əmiraslanovu - red.) saytlarda biabır etdirəcəm" deyərək, məndən artıqlaması ilə faiz ödənişləri alıb.

Bu da azmış kimi, Tamella Fərzəliyeva məni həbsdə olan qızı ilə də hədələtdirib. Belə ki, qızı həbsdə ola-ola məni Minarə ilə telefonda danışdırtdırıb. Fərzəliyeva Minarə həbsdə olmasına baxmayaraq mənimlə rahatlıqla telefonda danışması bir yana, hətta həbsdən hədələr yağdırması da əlavə cinayət faktı kimi qeyd olunmalıdır".

Deputatın qardaşı oğlunu necə ŞANTAJ EDİRLƏR... - İLGİNC FAKTLAR
Deputatın qardaşı oğlunu necə ŞANTAJ EDİRLƏR... - İLGİNC FAKTLAR
Deputatın qardaşı oğlunu necə ŞANTAJ EDİRLƏR... - İLGİNC FAKTLAR
Deputatın qardaşı oğlunu necə ŞANTAJ EDİRLƏR... - İLGİNC FAKTLAR
Deputatın qardaşı oğlunu necə ŞANTAJ EDİRLƏR... - İLGİNC FAKTLAR
Deputatın qardaşı oğlunu necə ŞANTAJ EDİRLƏR... - İLGİNC FAKTLAR
Dia.az
4-03-2020, 11:35
Вернуться назад