Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən martın 13-də Mədəniyyət naziri Əbülfəs Qarayev Siyəzən rayon Heydər Əliyev Mərkəzində (Siyəzən şəhəri, Heydər Əliyev küçəsi, 90) Siyəzən və Şabran rayonlarından olan vətəndaşlarla görüşəcək.
AZƏRTAC xəbər verir ki, həmin gün Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Quba rayon Heydər Əliyev Mərkəzində (Quba şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı) Quba və Qusar rayonlarından, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov isə Xaçmaz rayon Tarix-Diyarşünaslıq Muzeyində (Xaçmaz şəhəri, Heydər Əliyev prospekti, 2) Xaçmaz rayonundan olan vətəndaşları qəbul edəcəklər.
Vətəndaşlar nazirliyin
[email protected] elektron poçt ünvanı, ex.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar həmçinin əlaqələndirici şəxslərə müraciət edə bilərlər.